7 Aprel 2020 10:30
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Ədliyyə Nazirliyində Monitorinq Qrupu yaradılıb".

Bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib.

O bildirib ki, qrup xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara baş çəkib:

"Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Bu günə qədər heç bir müəssisədə koronavirus aşkar edilməyib".

Ə.Nuriyev bildirib ki, qrup tərəfindən məhkumların ərzaq keyfiyyətinin monitorinqi də mütəmadi olaraq aparılıb:

"Ərzaqın keyfiyyətinin yetərincə olması yoxlanılıb. Müəssisələrdə sanitar-gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaqların gətirilməsi dayandırılıb. Bundan başqa, Ədliyyə Nazirliyində bu məsələ ilə bağlı xüsusi Operativ Qərargah yaradılıb. Hər gün iki dəfə müəssisələrdəki vəziyyət barədə məlumat alınır"./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər