7 Aprel 2020 15:07
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsi ilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılanmaq məqsədi ilə “MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİ elan olunur:

Müsabiqədə iştirak etmək üçün uşaqlar, yeniyetmələr və 30 yaşa qədər gənc rəssamlar www.xsm.az saytında tədbirlər bölümündəki “Minnətdarıq”afişasına toxunmaqla və ya (http://xsm.az/site/minnetdariq) linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

Qeydiyyat 2020-ci il may ayının 15-dək aparılacaq.

Seçim 3 yaş kateqoriyası üzrə keçiriləcəkvə 3 hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 5- 12 yaş, 12-17 yaş və 17-30 yaş;
Ən çox duyğu və düşüncələr ilə işlənmiş əsərləri seçiləcək;
Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək;
Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək;
Təşkilatçılar öncə sərgilənməmiş - yeni əsərlərin yaradılmasını tövsiyə edir;
Festivalda Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da iştirak edə bilər;
Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
May ayının 20-dən sonra əsərləri sərgidə nümayiş olunmaq üçün seçilmiş müəlliflərin siyahısını və tədbirin davamı haqda əlavə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az saytından, facebook və instagram səhifələrindn, həmşinin Xətai Sənət Mərkəzinin www.xsm.az saytının elanlar bölümündən, facebook və instagram səhifələrindən izləyə bilərsiniz.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə qaliblər elan olunacaq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq (mükafat fondundan qanunvericiliklə müəyyən olunan vergi və digər tutulmalar çıxılacaqdır).

Mükafatlandırma fondu:

17-30 yaş üçün
I yer (1 nəfər) – 1500 manat
II yer (1 nəfər) –1000 manat
III yer (1 nəfər) –500 manat
Həvəsləndirici mükafat (5 nəfər) - 300 manat

12-17 yaş arası üçün
I yer (1 nəfər) –malbert
II yer (1 nəfər) –24-lü akril dəsti
III yer (1 nəfər) – 24-lü sulu boya dəsti+masa üstü molbert
Həvəsləndirici mükafat (10 nəfər) – 12-li quaş dəsti

5-12 yaş arası üçün
I yer (1 nəfər) –planşetli molbert
II yer (1 nəfər) –24-lü sulu boya dəsti
III yer (1 nəfər) –24-lü quaş dəsti
Həvəsləndirici mükafat (10 nəfər) – 12-li akril dəsti

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Qeyd: Müsabiqə və sərginin gündəliyi “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izoliasiya tədbirləri yuxarıda göstərilən tarixlərədək aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn şəkildə İnternet üzərindən davam etdiriləcəkdir.


Müəllif: Teleqraf.com