30 Sentyabr 2014 02:23
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Bu gün hansısa fəaliyyətinizin səmərə verəcəyi inandırıcı görünmür. Lakin buna görə ruhdan düşməyinizə əsas yoxdur. Əksinə, sövdələşmələrə başlamaq və gəlir əldə etmək üçün uğurludur.




BUĞA - İxtiyarınızda olan bu təqvimdə müəyyən gərginliklərlə baş-başa qala bilərsiniz. Odur ki, həmin ərəfədə bütün vacib planlarınızı təxirə salmalısınız. Fəaliyyətdə öz məsuliyyətinizi anlayın.



ƏKİZLƏR - Saat 15-ə qədər nəzərdə tutduğunuz planların bir çoxunu reallaşdıracaqsınız. Bunun üçün ilk növbədə ədalət prinsiplərinə söykənməlisiniz. Nahardan sonra səfərə çıxmağa dəyər.



XƏRÇƏNG - Astroloji göstəricilər səhhətinizdə problemlərin olacağını göstərir. Hər addımda ehtiyatlı olun. Ələlxüsus da qida və yuxu rejiminə ciddi riayət edin. Borc almağa girişməyin.



ŞİR - Kifayət qədər məhsuldar gündür. Kiminsə işlərinizə mane olacağını ağlınıza gətirməyin. Əksinə, nəzərdə tutduğunuz planların böyük əksəriyyəti öz həllinə yaxınlaşacaq.



QIZ - Yaxşı olar ki, fəaliyyətə ara verib daha çox istirahətlə məşğul olasınız. Bunu etməsəniz ümumi yorğunluğunuz və daxili süstlüyünüz səngiməyəcək. Qonaq getmək olar.



TƏRƏZİ - Məhəbbət aləmində romantik məqamlar yaşamaq istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Əmin olun ki, cəhdləriniz boşa çıxmayacaq. Riskli sövdələşmələrdən yayının.



ƏQRƏB - Görüşə çıxmaq, yeni işlərə başlamaq, sövdələşmələrdə iştirak etmək üçün səmərəli vaxtdır. Çalışın ki, ürəyinizin səsinə qulaq asasınız. Ağır fiziki işlərdən uzaq olmağa cəhd edin.



OXATAN – Planetlərin bürcünüzdəki neqativ quruluşu sağlıq durumunuzda mənfi fəsadlar əmələ gətirə bilər. Buna baxmayaraq, fəaliyyətdə uğurlarınız gözlənilir. Oturaq işləri məhdudlaşdırın.



OĞLAQ - Mübahisəli gün olsa da, Göy qübbəsi maliyyə durumunuzda irəliləyiş olacağını bildirir. Bir şərtlə ki, kisənizdən etibarsız insanlara borc verməyəsiniz. Yoxsa müflisləşəcəksiniz.



SUTÖKƏN - Günün birinci yarısında bütün işlərinizi yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə buna imkan tapmayacaqsınız. Ulduzlar nahardan sonra maraqlı görüşlərdən xəbər verir.



BALIQLAR - Bəzi bürclərdə olduğu kimi sizin də səhhətlə bağlı problemləriniz mümkündür. Bunun qarşısını almaq üçün ilk növbədə əsəblərinizi qorumalısınız. Nahardan sonra sürpriz gözlənilir.


Müəllif:

Oxşar xəbərlər