7 Aprel 2020 19:05
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birdəfəlik müavinət bir ailəyə bir dəfə veriləcək. Ödəniş elektron qaydada həyata keçiriləcək. Xüsusi karantin rejimi uzansa, onda bu şəxslər həmin dövrdə də bu vəsaiti alacaqlar. Ailənin bir üzvü əməkhaqqı alırsa, digər ailə üzvlərinə yardım edilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, dövlətin dəstəyi sosial cəhətdən həssas təbəqəyə yönəlib: "Son iki gün ərzində nazirlik 10 minlərlə müraciəti emal edir. Onlara çox sürətli şəkildə cavab veriləcək. Bu vəsaiti almaq üçün şəxsin işsiz statusu olmalıdır. İşsiz şəxs ilk növbədə işsiz kimi qeydiyyatda durmalıdır. Bunun ilk yolu e-sosial portalında elektron qeydiyyatdan keçməkdir.
Digər istiqamət elektron hökumət portalıdır. Lakin nəzərə alaq ki, elektron hökumət portalı vasitəsilə bütün tədbirlər həyata keçirilir, ona görə də sistemin yüklənməməsi üçün insanları ondan istifadə etməməyə çağırırıq. Onlar çağrı mərkəzlərinə zəng etməklə məşğulluq mərkəzlərinə müvafiq məlumatları təqdim edə bilərlər. Məşğulluq mərkəzləri də bu məlumatlar əsasında onun işsiz olub-olmadığını araşdıracaq".

Müəllif: Nərgiz

Oxşar xəbərlər