ASAN könüllüləri martın 16-dan etibarən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanında vətəndaşlarımıza xidmət göstəriblər.
Teleqraf.com xəbər verir ki, könüllülər xaricdən gələn vətəndaşlarımızın qarşılanması, axının tənzimlənməsi, məlumatladırma, tibbi ehtiyaclar (su, əlcək, maska) ilə təmin olunma kimi işləri görüblər.
Könüllülər zəruri tibbi mühafizə geyimləri və vasitələri ilə təmin olunublar.