8 Aprel 2020 17:44
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni yoluxan 105 nəfər arasında bir nəfərin vəziyyəti ağırdır. Onkoloji, hemotoloji xəstəliyi olanlar risk qrupundadır".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib.

"Onlar bu xəstəliyi çox ağır keçirirlər. 2 yaşdan 89-90 yaşa qədər xəstələrimiz var. Nisbətən gənc yaşda olan xəstələrin arasında xəstəliyi ağır keçirənlər var. Bir daha vətəndaşlardan izolyasiya qaydalarına əməl etməyi tələb edirik" - Ramin Bayramlı bildirib.


Müəllif: Aysel Azad