8 Aprel 2020 18:21
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Test nümunələri sahə həkimləri, xüsusi yardım briqadaları tərəfindən götürülür. Bu gün 3-4 min test edilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib:

"Bu testlər müraciətlərin və laboratoriyaların sayı ilə əlaqədardır. Bu gün ölkənin bütün rayonları və paytaxtda testlər götürülür. Testlər regionlarda laboratoriyalara daşınır. Bu, asan proses deyil. Virus təhlükəsi olduğu üçün daşınma prosesinə xüsusi diqqət yetirilir".

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, ÜST-ün baş direktoru testlərin tətbiqini xüsusi qeyd edib: "Bizim testlərin tətbiqi arealımız genişləndirilib. Bu gün testlərdən istifadəyə görə ölkəmiz 33-cü yerdədir. Rəqəmlərin artması vətəndaşlarla narahatlıq doğura bilər. Bu testlərin tətbiqindən asılıdır".


Müəllif: Aysel Azad