"Hazırda ölkə üzrə koronavirusa yoluxun aktiv xəstələrdən 37-sinin durumu ağırdır. Onlardan 20-dən çoxu məhz "Yeni klinika"da müalicə alır".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, klinikanın açılışının səhərisi günündən, yəni martın 27-dən etibarən koronavirusa yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlanıb.