Koronavirus infeksiyasının qurbanları artsa da, virusla bağlı ümidverici xəbərlər də var.
Teleqraf.com xəbər verir ki, İsraildə koronavirusa yoluxan və vəziyyəti ağır olan 6 nəfər xroniki xəstə kök hüceyrə müalicəsi ilə sağalıb.
Risk qrupuna aid xəstələrin qısa müddətdə sağalması müalicə ilə bağlı ümidləri artırır. Həkimlər müalicənin geniş miqyasda tətbiq olunacağını gözləyirlər.
İsraildəki Pluristem şirkətinin 3 fərqli sağlamlıq mərkəzində plasentadan götürülmüş kök hüceyrələri laboratoriya şəraitində xüsusi prosedurlardan keçdikdən sonra ölüm riski yüksək olan 6 koronavirus xəstəsinə inyeksiya edilib.
Kök hüceyrə araşdırmaları ilə tanınan Pluristemin bir həftəlik müalicəsi nəticəsində böyrək və ya tənəffüs çatışmazlığı olan bütün xəstələrin koronavirusa qalib gəldikləri sübut olunub.