9 Aprel 2020 19:29
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən "ASAN Könüllüləri" Təşkilatı və "Coca-Cola" Fondu ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstək nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, ASAN könüllüləri və "Coca-Cola" Fondunun əməkdaşlarının birgə təşəbbüsü ilə xəstəxanalara ödənişsiz formada içməli sular çatdırılıb. Xəstəxanalarda çalışan tibbi personal və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120,000 vahid “Bonaqua” suları könüllülərin iştirakı ilə ünvanlara göndərilib.

Qarşıdakı bir neçə gün ərzində həm Bakı şəhəri, həm də bölgələrdə karantin rejimində fəaliyyət göstərən xəstəxanalara içməli suların çatdırılması təmin ediləcəkdir.


Müəllif: Aysel Azad