30 Sentyabr 2014 11:24
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağdam rayonu Bənövşələr qəsəbə tam orta məktəbinin müəllim-şagird kollektivi və texniki işçiləri, habelə rayon Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçiriblər.

Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd fövqəladə hallar sahəsində şagirdlərin biliklərini daha da təkmilləşdirmək, fövqəladə hallar zamanı davranış və gündəlik həyatda təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin izahından ibarət olub.

Mərkəz əməkdaşları Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri və maddi-texniki bazası haqqında məlumatlar verib, fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirici söhbətlər aparıblar.

“Fövqəladə hallar, onların təsnifatı, “Təbii xarakterli fövqəladə hallar zamanı davranış qaydaları” mövzularında çıxışlar da edilib, həmçinin fövqəladə hallar baş verərkən “101” və “112” xidmətlərinə müraciət qaydaları izah olunub.

Çıxışlarda foto-slaydlardan istifadə edilmiş, iştirakçılara mövzuları əhatə edən broşürlar paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər