10 Aprel 2020 17:36
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzolyasiya qaydaları virusa yoluxanların sayını azlatmaq, yaşlı, imummuniteti zəif olanları qorumaq məqsədi daşıyır. Bu tədbirlər görülsə, heç kimin həyatı təhlükə altına qalmaz. Artıq hava da isinməyə doğru gedir, günəş şüaları, ultrabənövşəyi şüaların altında viruslar tez tələf olur. Biz ümidliyik. Çində virusun qarşısı necə alındı? 1 milyard yarım əhalisi olan ölkə karantin tədbirləri sayəsində epidemiyaya qalib gəldi.

Bunu Teleqraf.com-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, yoluxma sayının artmasından insanların narahatlığı normaldır, lakin bu insanlar gücləndirilmiş karantin tədbirlərindən əvvəl yoluxanlardır: "Karantin tədbirləri ayın 5-dən gücləndirilib. O dövrə qədər yoluxanlar hazırda aşkarlanır. Həmçinin testlərin sayı artırılıb. Testlərə nə qədər çox insan cəlb olunarsa, o qədər çox yoluxma aşkarlanır.

Biz yoluxma hallarının aşkarlanmasının tərəfdarıyıq ki, belə insanlar izolyasiya olunsun, başqalarını da təhülkəyə atmasın".

Cəlal İsayev qeyd edib ki, yoluxma hallarının çoxalmasnda insanlarımızın da rolu var: "İnsanlar nə qədər evdə qalıram desələr də, yenə də bu tədbirlərdən yan keçənlər var. İş fəaliyyətinə icazə verilənlər də bundan sui-istifadə edirlər.

Hesab edirəm ki, görülən tədbirlər öz effektini göstərəcək. İnkubasiyon dövrünə nəzərən karantin tədbirləri gücləndirilib. Bu dövrdə yoluxanların hamısı ortaya çıxacaq. Sonrakı dövr üçün lazım olarsa, bu müddət uzadıla, yaxud sərt tədbirlər həyata keçirlə bilər. Məqsəd insanların yoluxmasını önləməkdir. İnsanlarımız bunu başa düşüb, tədbirlərə əməl etməlidirlər. Nəzərə alaq ki, dövlət hər adam üçün ayrıca nəzarətçi ayıra bilməz ".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər