Ölkədaxili sərnişin qatarlarına qabaqcadan alınan biletlərin geri qaytarılması prosesi tam olaraq başa çatdırılıb.
Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Qeyd olunub ki, martın 21-dən 31-dək ölkə daxilində hərəkət etməli olan qatar reyslərinə ümumilikdə 2891 bilet satılıb:
"Ölkə ərazisində koronavirus epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 21-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar istisna olmaqla, ölkədaxili və beynəlxalq istiqamətlərə sərnişin qatarlarının hərəkəti dayandırılıb. Martın 21-dən martın 31-dək ölkə daxilində hərəkət etməli olan qatarlara ümumilikdə 2891 bilet satılıb. Bunlardan 1688 ədədi nağd, 1071 ədədi onlayn, 132 ədədi isə POS terminal vasitəsilə sərnişinlərə satılıb. Həmin biletlərin hamısı geri qaytarılıb".
QSC-dən əlavə ediblər ki, ləğv olunan reyslər üçün alınan biletlərə ödənilən məbləğin də sərnişinlərə geri qaytarılması təmin edilib.