12 Aprel 2020 13:09
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Televiziyasının (AzTV) "Xəbərlər" proqramında koronavirusa yoluxan xəstələrin müalicə aldığı xəstəxanadan reportaj təqdim olunub.

Teleqraf.com xəbər verir ki, reportajda infeksiyaya yoluxan pediatr daxil olmaqla xəstələri müalicə edən həkimlərin apardığı mübarizə əks olunub.

Oksigen aparatı olmadan nəfər ala bilmədiyini deyən Covid-19-a yoluxan 13 saylı uşaq poliklinikasının həkimi Könül Xəlilova insanları infeksiyaya ciddi yanaşmağa və təlimatlara əməl etməyə çağırıb: "Bu xəstəliyə ciddi yanaşın, yalvarıram, belə etməsinlər. Hazırda burnumda oksigen aparatı var, bunu çıxarsalar, nəfəs ala bilmərəm".

Reportajı təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər