Azərbaycanda koronaviruslu xəstələri müalicə edən həkim rezident İsmayıl Əliyev özü Covid-19-a yoluxub.
Teleqraf.com xəbər verir ki, İsmayıl Əliyev vətəndaşlara çağırış edərək insanları xüsusi karantin rejiminin qaydalarına riayət etməyə çağırıb:
"Çalışın evdə qalın, heç kəs ətrafındakı hansı insanın xəstə, hansının sağlam olduğunu bilmir. Ona görə də insanlarla təmasdan qaçın. Biz Covid-19 testi pozitiv çıxan xəstələrdən qoruna-qoruna yoluxuruqsa, siz insanların xəstə olduğunu bilmədən rahatlıqla yoluxa bilərsiniz", - deyə İsmayıl Əliyev bildirib.
Həkim rezidentin İTV-yə verdiyi açıqlamanı təqdim edirik: