Qubada karantin rejimini pozan şəxslər cərimələnib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Bağbanlı kəndində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Vüqar Fərmanov, eləcə də müştəriləri Elxan Əmirov, Ruslan Seyfullayev, Tahir Rüstəmov və Nahid Bahadurov barəsində qanuna müvafiq qaydada tədbir görülüb.
Rayonun Vladimirovka kəndi ərazisində isə rejim qaydalarını pozaraq futbol oynayan bir qrup gənc saxlanılıb.
Onlar barəsində də cərimə protokolları tərtib olunub.