Türkiyənin Elmi Komitə Üzvü həkim Alpay Azap koronavirus epidemiyası barədə sərt iddialar irəli sürüb.
Teleqraf.com xəbər verir ki, həkim Türkiyədə 60 faiz insanın koronavirusa yoluxacağını deyib.
Alpay Azap ölkədə epidemiyanın artması ilə təkcə nəzəri baxımdan deyil, Ankara Universiteti Tibb Fakültəsi İbni Sina Xəstəxanasında xəstələrin müalicə edilməsində də iştirak etdiyini dilə gətirib:
"Ankarada yoluxmaların sayında sürətli artım yoxdur. Lakin İstanbulda infeksiyaya yoluxma sürəti digər vilayətlərdən iki-üç dəfə çoxdur".
Həkim bildirib ki, əsas məqsəd epidemiyanın yayılmasının qarşısını almaqdır:
"Bu xəstəlik əvvəllər yayılan SARS virusuna bənzəmir. O virus tamamilə yox edilmişdi. Bunu isə sadəcə yavaşlatmaq olar. Əhalinin 60 faizi xəstələnənə qədər bu epidemiya ilə mübarizə aparmalı olacağıq".