14 Aprel 2020 16:20
4 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin təsdiq etdiyi tətbirlər planında müavinət aprel və may ayları üçün nəzərdə tutulub, ayda bir dəfə veriləcək. Müavinət təyin olunan vətəndaşlar 190 manat alacaqlar.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.

O bildirib ki, elektron müraciət edib SMS almayan vətəndaşlar narahat olmasınlar: "Açıqlanan qaydalar əsasında müavinətlər təyin olunub. Növbəli şəkildə vətəndaşlara cavab göndəriləcək. Cavablar mərhələli şəkildə gəlir. Bu da vaxt aparan prosesdir. Ola bilər ki, mesajlar kiməsə gec göndərilsin. Qeydiyyatdan keçən hər bir vətəndaşa müavinət düşmədiyi təqdirdə belə mütləq bu barədə SMS göndəriləcək".

Qurumun rəsmisi qeyd edib ki, müraciətlər çox olduğu üçün araşdırılır. 55 min vətəndaşa artıq ödəniş təyin olunub və smslərin göndərilməsi davam edir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər