14 Aprel 2020 16:45
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com verilən məlumata görə, araşdırma zamanı Sabirabad rayonunun Kür çayının mühafizə zolağında ağac və kolların rayon sakini Zamin Xəlilov tərəfindən kəsildiyi, təbiətə 3120 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sabirabad rayon Prokurorluğuna göndərilib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər