15 Aprel 2020 11:25
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusdan müalicə alan 6 yaşlı uşağın vəziyyəti kafidir. Özünü yaxşı hiss edir. Yaxın günlərdə yenidən analiz olunacaq. Testin nəticəsi neqativ çıxarsa, evə buraxılacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Cərrahiyyəsi Kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris-Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov deyib.

Xatırladaq ki, aprelin 10-da koronavirusa yoluxmuş 6 yaşlı uşaq ATU-nun Tədris-Cərrahiyyə Klinikasına aparılıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər