15 Aprel 2020 16:25
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mediası Azərbaycanın Birinci xanımı və Birinci Vitse-prezident Mehriban Əliyevanın qardaş ölkəyə təşəkküründən yazıb.

Teleqraf.com xəbər verir ki, türk mediası iki qardaş ölkənin bu ağır günlərdə də bir-birinin yanında olduğunu vurğulayıb.

Azərbaycanın birinci xanımının sosial şəbəkədəki paylaşımına diqqət çəkən türk mediası qeyd edib:

“Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Ankaranın rəmzi Atakulenin koronavirus pandemiyası ilə apardığı mübarizəyə dəstək məqsədilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmasına görə Türkiyəyə təşəkkür edib.

Mehriban Əliyeva Feysbuk sosial şəbəkəsində Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmış Atakulenin fotosunu paylaşaraq yazır:

“Qardaşımız Türkiyəyə dərin minnətdarlığımı bildirirəm. Ölkələrimiz hər zaman həm xoş, həm də ən çətin günlərdə bir-birinin yanındadır. Bizim birliyimiz, bizim gücümüz bundadır. Xalqlarımıza sağlamlıq, ölkələrimizə sülh və rifah arzu edirəm. Böyük Tanrı dünyamızı qorusun”".

Türk mediası qeyd edir ki, Azərbaycan Türkiyəyə koronavirusla mübarizədə dəstək məqsədilə aprelin 11-də Bakının yeni memarlıq rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzində Türkiyə bayrağını əks etdirib:

“Türkiyə də bu jestdan sonra Azərbaycanla olan yaxınlığını, həmrəylik və qardaşlığını göstərmək üçün Atakuleni qardaş ölkənin bayrağının rəngləri ilə işıqlandırıb. Qüllənin üzərində “İki dövlət, bir millət! Can Azərbaycana sevgilər!” ifadələri yazılıb. Habelə Atakulenin nəhəng monitorlarında Azərbaycan bayrağı dalğalandırılıb.”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər