Koronavirusa yoluxmanın sayının azalması və sağalmanın artması müşahidə olunur. Lakin bu, hələ hər şeyi həll etmir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Karantin rejimindən çıxma mərhələləri bu gün aktiv müzakirə mərhələsindədir. Biz virusa qədər olan dövrdəki davranışı dərhal tətbiq edə bilmərik. Dərs prosesinin nə zaman başlayacağı barədə də müzakirə tezdir".