Bu günə ölkədə komendant saatının tətbiqini zəruriləşdirən göstərici yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Hazırda həyati vacib sturukturlarda çalışan insanların icazələrdən sui-istifadə etmə halları var. Onlara müraciət edirik ki, icazədən sui-istifadə etməsinlər. Baxmayaraq ki, yoluxmanın səviyyəsi aşağı düşür, lakin qaydalara əməl olunması qaçılmazdır".