15 Aprel 2020 18:17
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banklarla bağlı məsələ müzakirə mərhələsindədir. İstehlak kreditləri ilə bağlı məsələyə baxılır, qərarlar müzakirə nəticəsində bəlli olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim bu gün keçirilən brifinqdə deyib:

"Nəzərə alaq ki, bu krediti alanlar işləyən adamlardır. Onlara dövlət dəstəyini göstərir. Kreditlər yumuşaldılacaq. Eyni zamanda yenidən kredit veriləcək və bunun yarısı dövlət tərəfindən ödəniləcək. Yaxın günlərdə bu mövzuya aydınlıq gətiriləcək".

O qeyd edib ki, işini itirənlər dövlət tərəfindən xüsusi nəzarətdədirlər: "İşini itirənlərin dövlətdən güzəşt alması elə asan olmayacaq. Krediti hansısa səbəblə ödəyə bilməyənlərin məsələsinə baxılacaq. Kreditini ödəyə bilməyən insanların işini itirməsinə dövlət imkan vermir. O insanlara vergi tətilləri elan olunacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər