Dövlət proqramları çərçivəsində xaricdə təhsil alan tələbələrimiz hazırda təhsillərini davam etdirirlər. Həmvətənlərimizin ölkəmizə qayıdıb, burada çalışmaları üçün yüksək şərait yaradılıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bugünkü mətbuat konfransında deyib:
"Bu gün maddi-texniki bazamızda olan çatışmazlıqları aradan qaldırmaq üçün işlər görülür. Arzu edərdim ki, gənclərimiz üç aylıq REACT-C19 layihəsinin tamamında fəaliyyətlərini ölkəmizdə davam etdirsinlər. Onların "Yeni klinikada" fəaliyyəti xoş olardı".