16 Aprel 2020 11:31
267
12 Punto 14 Punto 16 Punto 18 Punto

REACT-C19 layihəsi bizim üçün çox önəmlidir. Layihənin məqsədi Azərbaycanın koronavirus infeksiyası üzrə mübarizəsinə kömək etməkdir.

Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı TƏBİB-in mətbuat konfransında deyib.

O bildirib ki, layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə - "triaj" sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılması ilə bağlı sürətli təlimlər keçmək, bu xəstəxanalarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur:

"Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.

Bu mütəxəssislər Türkiyənin seçilmiş universitetində təlimlər keçib. Onlar Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyindən seçilib. Bəlli kriteriyalarımız əsasında 19 həkimi seçdik. Həkimlər təlimlərdən sonra İzmirdən Bakıya gətirildilər.

Xəstəxana hazırlıq heyətləri seçilmiş xəstəxana direktorları və baş həkimlərin rəhbərliyi altında hər xəstəxanada 2 həftə ərzində təlim keçəcəklər.

Layihə çərçivəsində tibb işçiləri üçün onlayn platforma da istifadəyə veriləcək. Bu paltforma vasitəsilə təlimlər, təqdimatlar, metodlarından video dərslər və statistik məlumatlar əldə edə biləcəklər".

O bildirib ki, Türkiyə və Azərbaycan çox sürətli işbirliyi əsasında bu layihəni təşkil etdi: "Aylar ərzində həll olunması gərəkən layihə bir neçə həftədə hazırlandı. Bu layihə əsasında çox şey öyrənəcəyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər