Koronavirusda bizim tövsiyələrimizi dəyişdirəcək yeni simptomlar yoxdur. Hazırda əsas simptomlar qızdırma, halsızlıq, əzələ ağrılarıdır.
Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı TƏBİB-in mətbuat konfransında deyib: "Araşdırmalar davam edir, yeni simptomlar üzərində tədqiqatlar aparılır. Azərbaycan 10 milyon əhalisi olan ölkədir. 19 həkim gətirilməsi çatışmazlıq deyil. Məqsədimiz koronavirusla mübarizəyə dəstək olmaqdır".
Ramin Bayramlı əlavə edib ki, ölkədə hər hansı həkim çatışmazlığı müşahidə edilmir: "Sadəcə dövlət hesabına təhsil alan həmvətənlərimizi işlə təmin edəcəyik. Xəstəxanalarda çalışan həkimlərin təlimlərinin təşkil olunmasında bu layihə bizə kömək edəcək".
Pandemiyanın nə qədər davam edəcəyi sualına toxunan Hande Harmançı deyib ki, bunun cavabını dünyada heç kim bilmir. Yeni virus adətən dünyaya sürətlə yayılır:
"Bu virus insanlarda immunitet formalaşdırır, amma bunun nə dərəcə olduğunu bilmirik. Deyə bilərəm ki, yaxın bir il ərzində xəstəlik bizim gündəmimizdə qalmağa davam edəcək. Bir il ərzində COVİD19-a qalib gələ biləcəyimizi düşünmürəm.
Mən Cenevrədə olarkən "infulasiya" xəstəliyi üzərində işləyirdik. Ona qalib gələ bildik, amma bu virus onun kimi deyil. Lakin zaman ötdükcə insan fərqinə varır. Biz hələ əl yumağı, yerə tüpürməməyi öyrənirik. Bu virusun aradan qalxması fəslə baxmır. Nəzərə alaq ki, isti ölkələrdə də bu virus var".