Rusiyada yaşayan vətəndaşlar iki formada ölkəmizə gələ bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, ölkəyə qayıtmaq istəyən vətəndaşlar üçün quru və su yolu ilə marşurtlar müəyyən ediləcək və növbəli şəkildə gətiriləcəklər:
"Hava yolu ilə gəlmək istəyən vətəndaşlar isə alt sistemdə yerləşdiriləcək və bununla əlaqadar daha sonra açıqlama veriləcək".