Fransa, ABŞ, İsveç, Gürcüstan, Almaniya, Finlandiya, Rusiyada diaspor fəallarımız arasında virusa yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bunu Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıqlayıb.
O bildirib ki, etik qaydalar çərçivəsində onların sayı açıqlanmayacaq: "Xəstələr Azərbaycan evlərinə yerləşdirilib. Əldə etdiyimiz məlumata görə, onların vəziyyəti yaxşıdır, müalicələri davam edir. Mütəmadi olaraq onlarla əlaqə saxlayır və vəziyyətləri ilə maraqlanırıq".