17 Aprel 2020 15:00
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edilməsi çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyəti öz işi rejimini məhdudlaşdırmaqla distant formaya uyğun qurub.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq bu gün ilk dəfə olaraq Vəkillər Kollegiyası Rəyasət Heyətinin onlayn video iclası keçirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari, xüsusilə pandemiyaya qarşı mübarizə şəraitində vəkillərin fəaliyyəti barədə məlumat veriv, bu dönəmdə insanların hüquq və azadlıqlarının müdafiəsi baxımından vəkillərin hərəkət sərbəstliyinin zəruriliyi nəzərə alınaraq Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli qərarı ilə onların ölkə daxilində maneəsiz hərəkətinə şərait yaradılmasına görə Rəysaət Heyətinin üzvləri və vəkillər adından dövlətimizə öz təşəkkürünü bildirib. Habelə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq dövlət hesabına həyata keçirilən hüquqi yardıma görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılmış vəsaitin vəkillərə ödənilməsi vəziyyəti barədə Rəyasət Heyətinin üzvlərini məlumatlandırıb.

Bundan başqa, iclasda vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, səhhəti və sair səbəblərlə bağlı bir sıra vəkillərin fəaliyyətlərinə xitam verilməsi məsələlərinə baxılmışdır.

İclasda həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiq olunub.

İclasın yekununda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər