18 Aprel 2020 17:03
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 62 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 590 nəfər müalicə olunaraq sağalmış, 18 nəfər vəfat etmiş, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər