20 Aprel 2020 15:06
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq bəzi şəxslərin nizam-intizamı pozması hallarına hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə., Quba rayonu 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisindəki Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər.

Xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər