Azərbaycada bir neçə polis əməkdaşı koronavirusa yoluxub.
Teleqraf.com-un xəbərinə görə, polislərin koronavirusa yoluxma faktı həm paytaxtda, həm də respublikanın bir neçə rayonunda aşkar olunub.
Koronavirusa yoluxan polislərin sayı açıqlanmır, onların hazırda müalicə olunduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib. O, bildirib ki, polis əməkdaşları respublika ərazisində gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olurlar, vətəndaşlara maarifləndirici tədbirlər həyata keçirirlər: “Həmçinin polis əməkdaşları vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında da xidmətlər göstərirlər. Polislər koronavirusla mübarizədə ön cəbhədədirlər. Buna görə də onlar arasında koronavirusa yoluxma faktı qeydə alınıb".
Ehsan Zahidov qeyd edib ki, polis əməkdaşları ilə birgə xidmət aparan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları arasında yoluxma faktı qeydə alınmayıb.