22 Aprel 2020 23:58
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial özünütəcrid hərəkət azadlığının məhdudlaşdırılması deyil, tam əksinə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, hazırda post-modernist cəmiyyətlər informasiya cəmiyyəti kimi xarakterizə olunur. Ancaq bəzən informasiya platformasında informasiya istehlakçılarının hüquqları ya istismar, ya da manipulyasiya edilir:

“Hazırda ölkəmizdə koronavirus təhlükəsinə qarşı çox ciddi mübarizə aparılır. Bununla bağlı xüsusi sosial izolyasiya tədbirləri həyata keçirilir. Təəssüf ki, bəzi radikal marginal qruplar bunu ictimai rəyə insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışır. Hətta bunu insan hüquqlarının məhdudlaşdırılması kimi beynəlxalq təşkilatların da diqqətinə çatdırmaq istəyirlər. Düşünürəm ki, bu bizim indiki mərhələdə aktuallaşdırmalı olduğumuz problemdir”.

Millət vəkili qeyd edib ki, sosial özünütəcrid əsla hərəkət azadlığının məhdudlaşdırılması deyil, tam əksinə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır:

“Hazırkı pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipulyasiya edilməsi ümumi mənafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir. Ona görə də radikal müxalifətin bu cür fəaliyyəti ictimai rəy tərəfindən şiddətlə qınanmalıdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər