Danimarkada ibtidai siniflərin və uşaq bağçalarının açılması barədə qərar qəbul edilib.
Teleqraf.com xəbər verir ki, açılışdan sonra təhsil müəssisələrinə siniflərdəki partalar arasında 2 metr məsafənin saxlanılması və tənəffüslərin növbəli olaraq kiçik qruplar üçün təşkil edilməsi tələbi qoyulub.
Bu qaydalara riayət etmək üçün bir çox məktəb dərsləri açıq havada keçməyə qərar verib.
Bütün bunlarla yanaşı məktəblərdə gigiyenik tələblərə riayət etmək üçün uşaqlar gün ərzində bir neçə dəfə əllərini yumalıdırlar.