Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-nin direktoru Firuddin Əliyev vəzifəsindən azad edilib.
Məlumatı Teleqraf.com-a nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiq edib.
Həmin vəzifəyə Çingiz Mehdiyev təyin olunub. Firuddun Əliyev isə "Bioloji Müxtəliflik Xidməti"nin sədr müavini təyin edilib.
Xatırladaq ki, "Təhlükəli Tullantılar" 2004-ci ildə Sumqayıt şəhəri ərazisində civə ilə çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə yaradılıb.