Düşünürəm ki, bu, çox mühüm addımdır. Həm vergi ödəyiciləri, həm sahibkarlar bu müddətdə özlərindən asılı olmayaraq, eyni zamanda yaranmış vəziyyətlə əlaqədar tətildə oldular, işləmədilər. Müəyyən qədər ziyana düşdülər. Dövlətin bu proseslərdə sahaibkarların yanında olması ciddi əhəmiyyət kəsb edən məsələdir.
Nazirlər Kabineytinin pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı Tədbirlər Planının Teleqraf.com-a şərh edən millət vəkili Arzu Nağıyev deyib:
"Tədbirlər planında ölkə başçısının apardığı sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyən edilib. Sosial xarakterli bu mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub. Bunun əsasında sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib".
Millət vəkili bildirib ki, tətbiq edilən güzəştlər sahibkarların problemərini müəyyən qədər həlll edib:
"İstər iaşə obyektləri, istər digər sahənin sahibkarları bu müddətdə itirdiyi vəsaiti il ərzində ödənən vergi ilə müqayisədə, vergi orqanının onlara bu vəsaitin qaytarılmasını digər istiqamətlərə yönəltməklə, az da olsa çətinlikləri azaldırlar.
Eyni zaman, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanır. Həmçinin, məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə differensial faiz əmsallarının tətbiqi həyata keçirilir.
Bir daha həm sahibkarlar, həm işəgötürənlər, həm işə qəbul olunanlar, həm də adi vətəndaşlar gördü ki, Azərbaycan rəhbərliyi, dövləti daima öz biznesmeninin, sahibkarının yanındadır və bu istiqamətdə çox mühüm addımlar atılır".