Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və sair bu kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.
Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-in valideynlərə immunlaşdırma həftəsində etdiyi müraciətdə bildirilib.
"Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər", - müraciətdə bildirilib.
Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.