24 Aprel 2020 16:57
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

DOST İş Mərkəzi vasitəsilə ödənişli ictimai işlərə cəlb olunanların sayı 54 minə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün işlər davam etdirilir.

Nazirliyin DOST İş Mərkəzi vasitəsi ilə 37 min ödənişli ictimai işçidən əlavə, son bir həftədə əlavə 17 minədək şəxs əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub.

Beləliklə, həmin işlərdə çalışanların sayı artıq 54 minə çatıb. Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər