Tibb işçilərimiz də bu virusdan qoruna bilməyiblər. 300 nəfərə yaxın tibb işçisi bu virusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib:
"Onların arasında iş prosesində yoluxanlarla yanaşı, kənarda yoluxanlar da var. Hazırda bu xəstələrin 60 faizi sağalıb. İşlərini davam etdirirlər. Onların arasında vəziyyəti ağır olan yoxdur".
O əlavə edib ki, hazırda iki tip karantin mərkəzləri var: "Bunlardan biri xaricdən gələn vətəndaşlarımızıdır. Xaricdən gələn isə 1000-ə yaxın vətəndaşımız karantindədir. Digəri isə xəstə insanlarla təmasda olanlardır. Bunlar 3000-ə yaxın insandır və ev şəraitində karantindədirlər".