İndiyə qədər koronavirus pandemiyasına görə 21432 vergi ödəyicisinə 37930,3 min manat ödəniş edilib. Həmçinin, sahibkarlara ödənişlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Nazi bildirib ki, ötən il respublikada 11152 sahibkarın dövlət büdcəsinə ödənişi 250 manatdan az olsa da, hazırda iş adamlarına verilən maliyyə dəstəyinin məbləği minimum 250 manat, maksimum isə 5000 manatdır:
“Bu da həmin vəsaitin həmrəylik məqsədi daşıması ilə bağlıdır. Onu da deyim ki, pandemiyadan zərər çəkənlərin qeyri-neft sektorunda payı 46,4 faizdir”.