27 Aprel 2020 14:53
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan ayının başlanmasına baxmayaraq, Yəmən və Liviyada döyüşlər davam edir. Çünki digər dövlətlərin dövlətçiliyini hədəfə alan tərəflər var. Yəməndə parçalanmış dövlətçilik təəssüf ki, məhvə doğru addımlayır. Səudiyyə koalisiyasının husilərdən aldığı bölgələrdə indi separatçılar (Keçid Şurası) regional hökumət elan etdilər. Bundan öncə Səudiyyə separatçıları bir dəfə razı salsa da, indi onlar BƏƏ-nin dəstəyilə yenidən istiqlaliyyət fikrindədirlər. Digər tərəfdən Səudiyyə və beynəlxalq təşkilatların dəstəklədiyi hökumətin prezident və nazirləri ər-Riyadda otellərdə qalırlar.

Bu fikirləri Teleqraf.com-a şərqşümas alim Samid Paşa Liviya və Yəməndəki durumu qiymətləndirirkən deyib.

Onun fikrincə, görünən budur ki, indi Yəməndəki 3 yerli siyasi qüvvələrdən dövlət strukturlarına malik olma baxımından daha çox husilərin (Ali Siyasi Şura) şansları var: “Qısası, Yəməndəki qüvvələrdən biri açıq-aşkar ölkəni parçalamaq niyyətində, ikincisi başqa ölkələrin otellərində, digəri isə hava quru və sudan mühasirədə qalmaqdadır. Yaddan çıxarmayaq ki Səudiyyə Yəmənə “legitimliyi dəstəkləmək” adı ilə müdaxilə edib, amma indi Yəməndə iki əyaləti idarə edə biləcək yerli siyasi qüvvəsi yoxdur”.

Samid Paşa əlavə edib ki, məhz belə hallar müsəlman dünyasında problemlər yaradır:

“Ramazan gəldi, koronavirus gəldi, amma yenə ərəb dünyasında, xüsusilə də, Yəmən və Liviyada qarşıdurmalar davam edir. Elə bilirsiz, Suriyada da dövlət çöksəydi, qarşıdurmalar bitərdi?! Xeyr, bitməzdi və Suriyada da Liviya kimi ərəb ölkələri iki cəbhəyə bölünüb biri islamçıları (İxvanul-Muslimin) o biri də dünyəvi qüvvələri dəstəkləyərdilər".


Müəllif: Cavad

Oxşar xəbərlər