1 Oktyabr 2014 11:54
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı alim beynəlxalq seminarda iştirak edib. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun kənd təsərrüfatı heyvanları şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov Tacikistanın Düşənbə şəhərinə ezam olunub.

“Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyədə heyvan genetik ehtiyatlarının idarə olunmasına dəstək-GCP” layihəsinin yekun seminarında iştirak edən alim “Azərbaycanın kənd təsərrüfatı” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), o cümlədən Qazaxıstan, Türkiyə, Tacikistan və Qırğızıstandan olan alim və mütəxəssislər qatılıb.

Ayaz Məmmədov səfər çərçivəsində Tacikistanın “Soadat” südçülük kompleksi, qaramal üzrə Respublika Biotexnologiya mərkəzi və heyvanlar üzrə biotexnologiya laboratoriyası ilə tanış olub. Alim bu müddət ərzində iştirakçı ölkələrin mütəxəssisləri ilə heyvan genetik ehtiyatları sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər