27 Aprel 2020 13:40
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latın Amerikası ölkələri arasında ən çox cinayət hadisələrinin baş verdiyi Salvadordakı bir həbsxanada çəkilən fotolar dünyanı heyrətləndirib. Ölkənin paytaxtı San-Salvadorun şimal-qərbindəki İzalko məhbəsində çəkilmiş fotolarda maskalı məhkumların sıraya düzüldüyü əks olunub.

Teleqraf.com xəbər verir ki, Salvador prezidenti Nayib Bukele ölkədə bir gündə 22 qətl cinayəti törədildiyi üçün dəstə üzvlərinin olduğu həbsxanada məhkumların 24 saatlıq hücrə həbsinə salındığını deyib.

Nayib Bukele sosial şəbəkə hesabında məhkumların həbsxanada olsalar belə, cinayət törətmək ehtimallarını aradan qaldırmaq üçün onların təkadamlıq kameralara yerləşdiriləcəyini açıqlayıb:

"Başqaları ilə ünsiyyətlərinə icazə verilmir. Bütün fəaliyyətlər növbəti elana qədər dayandırılacaq. Cinayətin başçıları tam nəzarət altında saxlanılacaq. Məhkumların bu görüntüləri təkadamlıq kameraya qoyulmazdan əvvəl çəkilib".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər