13 apreldə 2020-ci il üçün həssas təbəqəyə aid ailələrin övladlarının təhsil haqlarının ödənilməsi ilə bağlı qərar qəbul olunub və mövzu üzərində işlənilir.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib:
"Tələbələr sistemə daxil olub, həssas qrupa aid olduqlarını təsdiq edəcək və məlumatlar Təhsil Nazirliyinin sisteminə daxil olacaq. Daha sonra təhsil müəssisələrinə bu barədə təlimat göndəriləcək. Qərar 2020-ci ilin yay və qış sessiyaları üçün nəzərdə tutulub".