27 Aprel 2020 17:44
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali məktəblərin sonuncu kurs tələbələri istehsalat təcrübəsini başa çatdıra bilmədilər.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, bununla bağlı ali təhsil müəssisələrinin rektorları ilə görüş keçirilib: "Təcrübə müddətində bəzi ixtisaslarda güzəştlər tətbiq oluna bilər. Bu, yaxın zamanda ictimaiyyətə elan olunacaq.

Hərbi çağırış vaxtlarının dəyişdirildiyini nəzərə alaraq, oğlan tələbələrin təhsillərini davam etdirməsi üçün hökumətə müraciət ediləcək.

Bizim çoxsaylı son kurs tələbələrimiz var. Onların təcrübə və attestasiyaya hazırlaşdığını nəzərə alaraq onlayn dərslərə qoşulmaları vacib deyil. Ehtiyac olarsa, tələbələrim qiymətləndirməsindən əvvəl konsultasiyalar həyata keçiriləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər