Fərdi və repitetor fəaliyyəti ilə bağlı tədrisə icazə verilib. Məşğələlərin təşkili zamanı insanların sağlamlığı və sosial məsafəyə diqqət yetirilməldir.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ qərərgahın brifinqində deyib:
"Bununla bağlı səhiyyə qurumları xüsusi qaydalar hazırlayır. İcazə əsasında şagirdlərin bir neçə məşğələyə getməsində məhdudiyyət yoxdur. Yalnız icazə saatında məhdudiyyət var və şəxs 3 saat ərzində bu icazədən istifadə edə bilər".
Nazir müavini Məhəbbət Vəliyeva əlavə edib ki, onlayn dərslərin tətbiqinə daha geniş yer ayrılsa, daha yaxşı olar: "Nəzərə alaq ki, virtual məktəb layihəsi tətbiq olunur və müəllimlər mart ayından etibarən evdən tədrisə keçiblər. Əminəm ki, müəllimlər bundan sonra da onlayn dərslərə üstünlük verəcəklər".