Karantin rejimin tələbləri gözlənilməlidir. Birinci sinifə qəbulda müsahibələrin keçirilməsi nazirlik qarşısında duran əsas vəzifələrdəndir.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Operativ Qərargahın brifinqində deyib:
"Ölkə üzrə 300-ə yaxın uşaq bu müsahibələrdən keçə bilmədi. Biz yaxın zamanda MC Sim platforması üzərindən 300 nəfərin onlayn müsahibədən keçməsini nəzərdə tuturuq. Burada texniki imkanlar, uşaqların yaşı və digər amillər nəzərə alınacaq. Karantin rejiminin yumşaldılması ilə qərarlar əsasında müsahibələrdə dəyişikliklər ola bilər".