Karantin rejimində yumşaldıcı tədbirlərin həyata keçirilən zaman monitorinqlər aparılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahln brifinqində deyib:
"Monitorinqlər əsasında təhsil prosesinin davam edib-etməməsi ilə bağlı qərar qəbul olunacaq. Konkret tarixin elan edilməsi hazırda mümkün deyil.
Məhdudiyyətlər və yumuşalmalar tətbiq edilən zaman dünya təcrübəsi də nəzərə alınır. Real vəziyyət analiz edilməklə insanların sağlamlığı və şagirdlərin marağı əsasında dərslərin başlanma tarixi müəyyən olunacaq.
Bütün hazırlıq işləri sıra ilə aparılır. İlkin tarix açıqlamaq mümkün deyil. Bu tarixlərin daha sonra müzakirəsi daha düzgün olar. Bütün reallıqlar nəzərə alınacaq".