27 Aprel 2020 18:05
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Buraxılış imtahanlarında ötən illərdə də aprel və may ayı ilə bağlı mövzular aprel ayının imtahanlarına daxil edilmirdi.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahln brifinqində deyib:

"Xüsusi vəziyyət nəzər alınaraq, imtahanlar məsələsi müzakirə edilib. Aprel və mayda keçiriləcək mövzuların imtahanlara salınmamasına müsbət baxıla bilər".

Nazir müavini Məhəbbət Vəliyeva əlavə edib ki, imtahanlar dərs proqramları əsasında hazırlanır: "Standartlar bütün şagirdlərdə bacarıqların formalaşdırılmasına yönəldilib. İmtahanlarda buraxılış siniflərinin son aylarının mövzularına az yer verilib. Teledərslər də orta məktəb proqramlarının hər bir mövzusunu əhatə etməyə yönəldilib. Teledərslərlə onlayn dərslər arasında sinxronlaşdırma aparılıb.

Teledərslərdə müəllimlər hər bir mövzunu ayrıca izah edirlər və burda geriləmədən söhbət gedə bilməz. Buraxılış imtahanlarına məsuliyyətlə yanaşan hər bir şagirdin öyrənməsi təmin olunur"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər